Jurnalist körpəsinə narkotik adı verdi

 09:59 21.09.2023     351

Avstraliyalı jurnalist Kirsten Drysdeyl körpəsinə metamfetamin adlı narkotik maddəni tərifləyən ad qoyması ilə gündəmə gəlib.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki,  jurnalist ölkəsində tətbiq edilən ad tənzimləməsini sınaqdan keçirmək üçün övladına bu adı qoyub.

Belə ki, Kristen övladına “Metamfetamin Super” adını verib. Bildirib ki, övladının adı müvafiq qurum tərəfindən təsdiq olunub.

Humay İSGƏNDƏRLİ