Polşa Ukraynaya yalnız əvvəllər razılaşdırılmış silah tədarükünü həyata keçirir - AÇIQLAMA

 13:20 21.09.2023     228

Polşa hakimiyyəti Ukraynanı yalnız əvvəllər razılaşdırılmış silahlarla təmin edir.

Redaktor.az bu barədə Polşa Mətbuat Agentliyinə Polşa hökumətinin mətbuat katibi Piotr Müller bildirib.

“Silah tədarükü ilə bağlı suallar kontekstində sizə bildirirəm ki, Polşa Ukrayna ilə bağlanmış müqavilələrdən irəli gələnlər də daxil olmaqla, yalnız əvvəllər razılaşdırılmış sursat və silah tədarükünü həyata keçirir”, – agentlik onun sözlərini sitat gətirir.

Xatırladaq ki, ötən gün Polşa hökumətinin başçısı Mateuş Moravetski demişdi ki, Polşa artıq Ukraynanı heç bir silahla təmin etmir.

Turan İSMAYIL