Stoltenberq NATO-nun regional ittifaq olaraq qalacağını bəyan ETDİ

 17:47 21.09.2023     291

Şimali Atlantika Alyansı regional blok olaraq qalacaq və qlobal miqyasda, Avropa qitəsindən kənarda genişlənmək niyyətində deyil.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-da Xarici Əlaqələr Şurasında çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"NATO regional ittifaq olaraq qalacaq, yalnız Avropa ölkələri qoşula bilər. NATO 5-ci maddənin (kollektiv müdafiə prinsipi - red.) tətbiqi üzrə qlobal alyans olmayacaq", - o deyib.

Turan İSMAYIL