Zelenskinin ABŞ-dan istədiyi silahların adı AÇIQLANDI

 19:58 21.09.2023     320

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtona səfəri zamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ilə görüşündə Kiyevi ilk növbədə ATACMS taktiki raketləri və F-16 qırıcı-bombardmançı təyyarələri ilə təmin etməyi xahiş edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə görüşün sonunda ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol məlumat verib.

"İlk növbədə, iki şey: hava örtüyü, yəni F-16 təyyarələri və ATACMS", - qanunverici Zelenskinin nə tələb etdiyi sualını şərh edərkən deyib. “O (Zelenski – red.) İran istehsalı olan pilotsuz təyyarələrin qalxdığı Krıma zərbə endirmək üçün uzaq mənzilli artilleriyaya ehtiyac duyur", - deyə konqresmen bildirib.

Eyni zamanda, konqresmen oktyabrın 1-dən başlayaraq ABŞ-ın 2024-cü maliyyə ili üçün federal büdcəsinin xərclər hissəsinə dair qanunvericiliyə Ukraynanın hazırkı hakimiyyət orqanlarının tələb etdiyi bütün silahların Kiyevə verilməsi ilə bağlı müddəaların daxil edilməsinin tərəfdarı olduğunu bildirib. "Biz onlara (Ukrayna hakimiyyəti - red.) tələb etdikləri hər şeyi verməliyik. Əgər indiki administrasiya bunu onlara verməsə, o zaman mən təklif irəli sürdüm ki, biz bunu ayırmalar haqqında qanun layihəmizə bu sənəddə Zelenskinin tələb etdiyi və administrasiyanın təmin etmədiyi silahların adını yazaq”, - Makkal bildirib.

Onun fikrincə, ABŞ-ın həm hakim Demokratik, həm də müxalif Respublikaçı partiyalarını təmsil edən həm Nümayəndələr Palatasında, həm də Senatda Konqres üzvləri bununla razılaşacaqlar. "Biz hamımız bu yanaşma ilə razıyıq" - konqresmen deyib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyasındakı tədbirlərdə iştirak edən Zelenski Nyu-Yorkdan Vaşinqtona gəlib. Yaxın saatlarda o, Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparacaq. Zelenski ondan əvvəl Pentaqonda ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşəcək.

Turan İSMAYIL