Hava limanının əməkdaşı sərnişindən pul oğurlayaraq UDDU

 20:21 21.09.2023     281

Filippində hava limanının əməkdaşı sərnişindən 300 dollar oğurlayaraq udub. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə "PhilStar Global" yazıb.

İnsident Filippinin paytaxtında yerləşən beynəlxalq hava limanında baş verib. Çindən olan şəxs uçuşdan əvvəl mühafizədən keçib, sonra çantasındakı pul kisəsinin açıq olduğunu və içərisində kifayət qədər pul olmadığını görüb. Müşahidə kamerasının görüntülərindən məlum olub ki, pulu mühafizə xidmətində işləyən, baqaj və sərnişinləri yoxlayan qadın çıxarıb.

O, Tsainin çantasını yoxlayarkən sakitcə pulu götürüb. Sonra onları əskinasları ağzına doldurub. Qadın öskürüb və üzərindən su içib. 

Yusif EYVAZLI