20 yaşında görünən 50 yaşlı qadın gənc qalmağın sirrini AÇDI

 20:45 21.09.2023     319

Özünü “Amerikanın ən gənc nənəsi” adlandıran 50 yaşlı ABŞ sakini gözəllik və sağlamlığı qorumağın sirrini açıb. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Üç uşaq anası Donnazione Cargill deyir ki, yad insanlar onu tez-tez 20 yaşlı qızı ilə səhv salırlar. Bundan əlavə, onun təzyiqi və digər tibbi göstəriciləri gənc qız səviyyəsindədir. Cargill, sağlam qidalanma və idmana diqqət yetirməsi sayəsində faktiki yaşından daha gənc göründüyünü və hiss etdiyini iddia edir.

"Mən qırmızı ət yemirəm - yalnız balıq və toyuq. Çoxlu çay içirəm. Soyuducumda bir fincan çay var. İnanıram ki, gəncliyimi qoruyan odur”, - deyə qadın bildirib.

Yusif EYVAZLI