Paşinyan etirazçılara qarşı sərt davranacağına söz verdi
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin İrəvan küçələrində nümayişçilərə qarşı sərt davranacağını bildirib.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
Onun sözlərinə görə, bəzi qüvvələr İrəvanda qan tökmək istəyir.
Ermənistanın baş naziri qeyd edib ki, bunlar ölkənin keçmiş rəhbərlərindən birinin oğlu və yüksək rütbəli məmurları ilə əlaqəli bəzi qruplardır.
"Onlar istəyirlər ki, hökumət İrəvan küçələrində qan töksün. Amma bu, baş verməyəcək", - Paşinyan deyib (report).