Polşa müdafiə üçün aldığı yeni silahları Kiyevə verməkdən İMTİNA ETDİ

 23:05 21.09.2023     270

Polşa müdafiə üçün aldığı yeni silahlarını Kiyevə verməkdən imtina edir. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Anjey Duda "TVN24" telekanalına müsahibəsində bildirib.

“Biz Polşanın təhlükəsizliyini gücləndirmək üçün milyardlarla dollara aldığımız yeni silahlarımızı heç kimə verməyəcəyik”, - deyə siyasətçi vurğulayıb.

Duda qeyd edib ki, o , ABŞ və Cənubi Koreyadan alınmış Abrams, Patriot və ya HIMARS kimi yeni silah növlərinin təhvil verilməsinə qarşı çıxacaq.

Yusif EYVAZLI