"Bu dəstək çox vacibdir" - Zelenski ABŞ-ın müdafiə naziri ilə görüşdü

 23:07 21.09.2023     373

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb.

Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Onların görüşündə əsas mövzu Ukraynaya Rusiyanın təcavüzünə qarşı lazımi hərbi dəstəyin verilməsi olub. Xüsusilə, artilleriya sistemləri və uzaq mənzilli silahların təchizatı.

"Bu dəstək həlledicidir. ABŞ bizim əsas müttəfiqimiz və müharibədə qalib gəlməmizə kömək edən tərəfdaşdır", - Zelenski deyib.

Prezident qeyd edib ki, hazırda Ukrayna ərazilərinin işğaldan azad edilməsini davam etdirmək üçün hava hücumundan müdafiə sistemləri və sursat təchizatı Ukrayna üçün nə qədər vacibdir.

Qeyd edək ki, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri ABŞ Ukraynanın əsas müttəfiqi olub. Vaşinqton artıq Kiyevə onlarla hərbi yardım paketi ayırıb.

Xüsusilə, “Patriot” zenit-raket kompleksləri, artilleriya, “HIMARS” reaktiv yaylım atəş sistemləri, “Bradley” piyadalarının döyüş maşınları, müxtəlif pilotsuz uçuş aparatları Ukrayna ordusuna verilib.

Turan İSMAYIL