Bayden Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək - Əl-Cəzirə
ABŞ Prezidenti Co Bayden yaxın vaxtlarda Ukraynaya 325 milyon dollar məbləğində daha bir hərbi yardım paketinin veriləcəyini elan edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Yeni yardım paketi çərçivəsində Ukrayna AIM-9 "Sidewinder" hava-hava idarəolunan raketləri, HIMARS reaktiv yaylım atəş sistemləri və "Avenger" zenit-raket sistemləri üçün döyüş sursatları, həmçinin tank əleyhinə silahlar və 3 milyondan çox atıcı silahların patronlarını alacaq.
Turan İSMAYIL