Zelenski Baydenlə görüşdü

 23:49 21.09.2023     354

Sentyabrın 21-də Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda Amerika lideri Co Baydenlə görüşüb.

Redaktor.az bu barədə RBC-Ukrayna-ya istinadla xəbər verir ki, Zelenski Amerika lideri ilə görüşmək üçün Ağ Evə gəlib. Onlar orada danışıqlar aparacaqlar.

Bayden və həyat yoldaşı Jill Ağ Evin qarşısında Volodimir və Yelena Zelenski ilə görüşüblər. Bundan sonra onlar əl-ələ verib, birlikdə bir neçə fotoşəkil çəkdirib və prezident iqamətgahına yollanıblar.

Birgə mətbuat konfransındakı danışıqlardan sonra Baydenin Ukrayna üçün əlavə HIMARS sursatları, tank əleyhinə silahlar, artilleriya, döyüş sursatları və daha çox DPICM kaset sursatlarını ehtiva edən yeni hərbi yardım paketini açıqlaması gözlənilir.

Zelenski bundan öncə ABŞ-ın müdafiə naziri ilə görüş keçirib.

Turan İSMAYIL