Bu ölkədə siçan öldürənlər 18 ay həbs olunacaq

 09:39 22.09.2023     399

İspaniyada təsdiqlənən yeni heyvan rifahı qanununda "ev heyvanı" termini "onurğalı heyvan" olaraq dəyişdirilib. 

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, yeni qanuna görə, onurğalı heyvanı, o cümlədən siçanı vurmaq, yaralamaq və ya öldürmək həbs və ya cərimə ilə cəzalandırılacaq.

Onurğalı heyvanın ölümünə səbəb olan hər kəsə “6 aydan 18 aya qədər həbs cəzası” nəzərdə tutulur. Onurğalılar kateqoriyasına onurğa və kəllə ilə skeleti olan hər hansı bir heyvan daxildir. Buna görə də balıq, siçan, it və ya kərtənkələnin öldürənlər eyni şəkildə cəzalandırılacaq.

Humay İSGƏNDƏRLİ