Türkiyədə 17 İŞİD-çi tutuldu

 10:24 22.09.2023     248

Türkiyənin Tekirdağ başda olmaqla 9 əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinən 17 nəfər tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, əməliyyat İŞİD-in maliyyələşdirilməsinə qarşı istintaq tədbirləri çərçivəsində keçirilib. Tutulanlardan biri “İŞİD-in xəzinədarı” olmaqda şübhəli bilinir.