Polşadan Ukraynaya yardıma görə ABŞ və Avropaya ETİRAZ

 10:54 22.09.2023     259

Polşa Ukraynaya yardım üçün ən böyük maliyyə məsuliyyətini öz üzərinə götürüb, bu da ÜDM-nin 3%-ni təşkil edir. Varşava digər ölkələri Kiyevi dəstəkləmək üçün öhdəliklərin daha “ədalətli bölüşdürülməsinə” çağırır.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau “Politico”da dərc olunan məqaləsində yazıb.

"Polşa üçün bu, nəzərəçarpacaq qiymət idi. Bütün müttəfiqlər arasında polyaklar Ukraynaya yardımın ən ağır yükünü öz üzərinə götürdülər - ölkənin ÜDM-nin 3%-dən çoxunu, bu, çiçəklənən Almaniyadan demək olar ki, dörd dəfə, ABŞ-dan demək olar ki, 10 dəfə çoxdur” , - Polşa Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Polşa xalqının Ukraynaya yardıma görə niyə iki dəfə ödəməli olduqları ilə maraqlanmaq üçün qanuni əsasları var, halbuki daha zəngin Avropa ölkələri hələ də daha böyük məsuliyyət götürməkdən çəkinir və Moskva ilə əməkdaşlığı davam etdirir. Nazir Kiyevə yardım məsələsi ilə bağlı öhdəliklərin “lazım olduğu müddətcə Ukrayna ilə çiyin-çiyinə dayanmağa qərar verən” ölkələr arasında “ədalətli bölüşdürülməsinin” zəruriliyinə işarə edib.

Turan İSMAYIL