Xüsusi təyinatlılar Köçəryanın oğlunu döyüb xəstəxanalıq etdilər
Ermənistan polisinin “Qırmızı Berelilər” xüsusi təyinatlıları İrəvanda kütləvi aksiyalar zamanı ölkənin ikinci prezidenti Robert Köçəryanın oğlu Levonu saxlayıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, onun vəkili Aleksandr Koçubayevin jurnalistlərə verdiyi məlumata görə, Levon Köçəryan həbs zamanı döyülüb və xəstəxanaya yerləşdirilib.
“Levon Köçəryan ağır döyülüb və hazırda xəstəxanadadır”, o qeyd edib.
Sosial şəbəkələrin erməni seqmentində bir sıra videolar var ki, orada Köçəryanın əvvəlcə saxlanılması, sonra isə maşında döyülməsi aydın görünür.
Turan İSMAYIL