Tramp hakimiyyətə gələrsə, Almaniya ən pis vəziyyətə hazırlaşmalıdır

 14:39 22.09.2023     297

Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Berlin ən pis vəziyyətə hazırlaşmalıdır.

Redaktor.az “Der Spiegel”ə istinadla xəbər verir ki, bunu Almaniyanın keçmiş xarici işlər naziri və Almaniya Sosial Demokrat Partiyasının üzvü Ziqmar Qabriel bildirib.

Onun fikrincə, Tramp NATO kimi alyanslarda heç bir dəyər görmür, ona görə də Ağ Evə qayıdarsa, Kiyevə dəstəkdən əl çəkə və Rusiya Prezidenti Vladimir Putinlə tez sövdələşməyə üstünlük verə bilər.

Almaniyanın keçmiş xarici işlər naziri vurğulayıb ki, Avropa və Berlin üçün belə bir nəticə onların təkcə “xarici” ölkələrə deyil, həm də ABŞ-a qarşı müqavimətini artırmaq zərurəti deməkdir.

Bundan əlavə, Qabriel qeyd edib ki, Tramp NATO-dan çıxmayacaq, lakin o, alyansın maliyyə resurslarını azalda və alyansın yardım vədini sual altına qoya bilər.

Turan İSMAYIL