Rusiya maşınları bu ölkəyə buraxılmayacaq

 17:48 22.09.2023     433

Latviyanın Ədliyyə Nazirliyi Rusiya və Belarusda dövlət qeydiyyatından keçmiş dövlət nömrə nişanlı avtomobillərin ölkə ərazisində olmasını qadağan edən qanun layihəsi üzərində işləyir.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə sentyabrın 22-də nazir İnese Libin-Eqner bəyanat verib.

O, qeyd edib ki, avtomobil 3 ay ərzində Latviyadan çıxarılmasa və ya yenidən qeydiyyatdan keçməsə, müsadirə olunacaq.

Bildirilib ki, sentyabrın 10-da Avropa Komissiyası (AK) sanksiya qanunvericiliyinin şərhini təsdiqləyib, bu qanun çərçivəsində ruslar artıq Rusiyada qeydiyyatda olan avtomobillərlə Avropa İttifaqı (Aİ) ölkələrinə daxil ola bilməyəcəklər. Beləliklə, qadağa həm şəxsi, həm də kommersiya məqsədli istifadə olunan avtomobillərə və on nəfərə qədər adamın daşınması üçün nəzərdə tutulmuş digər nəqliyyat vasitələrinə aiddir.

Bundan əlavə, ruslara şəxsi əşyalar, o cümlədən smartfonlar, noutbuklar, kameralar, kosmetika, zinət əşyaları, dəri və xəz məhsulları, çamadanlar və hətta tualet kağızı daşımaq qadağan edilib.

Turan İSMAYIL