İrəvanın əsas meydanına bir neçə min etirazçı toplaşıb

 19:52 22.09.2023     309

İrəvanın mərkəzindəki Respublika meydanına toplaşan bir neçə min etirazçı Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS yazır.

Agentliyin müxbirinin verdiyi məlumata görə, Ermənistan hökumət binasının yaxınlığındakı meydana insanlar gəlməkdə davam edir.

Qeyd olunur ki, Nazirlər Kabinetinin binasının girişi qarşısında xüsusi təyinatlıların əsgərləri və daxili qoşunlar növbətçilik edir, ona bitişik küçələrdən meydana gedən keçidlər bağlanıb.

Turan İSMAYIL