Dünyada pivə qıtlığının olacağı PROQNOZLAŞDIRILIR

 20:06 22.09.2023     300

İqlim dəyişikliyi pivə qıtlığına səbəb ola bilər. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər veri ki, bu ssenarini "Financial Times"a müsahibəsində Yaponiyada pivə şirkətinin rəhbəri Atsushi Katsuki proqnozlaşdırıb.

Katsuki bildirib ki, şirkətin araşdırması göstərib ki, qlobal istiləşmə səbəbindən temperaturun daha da artması növbəti 30 il ərzində arpa məhsuldarlığının azalmasına və pivə istehsalı üçün vacib bitkinin keyfiyyətinin aşağı düşməsinə səbəb olacaq. 

“İsti hava pivə istehlakını artırsa və bizim üçün bir fürsət olsa da, iqlim dəyişikliyi pivə istehsalına böyük təsir göstərəcək. Kifayət qədər pivə istehsal edə bilməyəcəyimiz riski var”, -  Asahi rəhbəri izah edib.

Yusif EYVAZLI