ABŞ Qara dənizə dörd F-16 göndərdi

 20:17 22.09.2023     344

ABŞ Hərbi Hava Qüvvələri Qara dəniz regionunda hava patrullarını gücləndirmək üçün Rumıniyadakı Fetesti aviabazasına dörd F-16 döyüş təyyarəsi göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

“Mən ABŞ-ın NATO patrul missiyası üçün sentyabrın 22-də Rumıniyadakı Fetesti aviabazasına əlavə F-16 qırıcıları yerləşdirməsini alqışlayıram” - NATO sözçüsü vəzifəsini icra edən Dilan Uayt deyib.

Mesajdan belə çıxır ki, qərar Rusiyanın “NATO ərazisinin bilavasitə yaxınlığında” Ukrayna infrastrukturuna hücumları ilə bağlıdır. "Biz ayıq-sayıq qalırıq və regiondakı müttəfiqlərimizlə sıx əlaqə saxlayırıq", - alyansın rəsmisi bildirib.

Turan İSMAYIL