Amerika aviaşirkətinin təyyarələrində saxta hissələr tapıldı

 21:16 22.09.2023     307

Digər qlobal aviadaşıyıcıların ardınca "American Airlines" öz təyyarələrində saxta hissələri aşkarlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

"Biz az sayda təyyarədə sertifikatlaşdırılmamış komponentləri müəyyən etdik. Onların hər biri dərhal dəyişdirilmək üçün istismardan çıxarıldı", - aviaşirkətin sözçüsü agentliyə bildirib.

Yusif EYVAZLI