ABŞ Konqresinin nümayəndə heyəti Ermənistandadır
ABŞ Konqresinin nümayəndə heyəti ölkə rəhbərliyi ilə danışıqlar aparmaq üçün Ermənistana səfər edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin İrəvandakı səfirliyi yayıb.
Senator Cerri Pitersin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın Baş naziri Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan və digərləri ilə görüşlər keçirəcək.
Bildirilir ki, danışıqlar zamanı Ermənistan-ABŞ arasında münasibətlərin, eləcə də regiondakı son vəziyyətin müzakirə edilməsi gözlənilir.