Kahramanmaraşda 4,6 bal gücündə ZƏLZƏLƏ

 13:24 23.09.2023     410

Türkiyənin Kahramanmaraş vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.

Zəlzələ Göksun bölgəsində, yerin 8,48 kilometr dərinlikdə qeydə alınıb.