Levon Koçaryanın xaç atası Rostovdan İrəvana ermənilər gətirir

 14:56 23.09.2023     475

İrəvanda etiraz aksiyalarında saxlanılan Levon Koçaryanın xaç atası Rostovdan İrəvana ermənilər gətirir.

Redaktor.az xəbər verir ki, Levon Koçaryanın xaç atası Gennadi Stepanyan Rostovdan Ermənistana 200-ə yaxın erməninin gətirilməsi üçün fəaliyyətə keçib.

Məlumata görə, Gennadi Stepanyanın himayəsi ilə bu qrup gecə Rostovdakı “Vaspurakan” restoranında böyük şənlik təşkil edib.

Onların İrəvanda yaxın günlərdə aktiv şəkildə küçə aksiyaları təşkil edəcəkləri bildirilir.