Paşinyanın Kanada vətəndaşı olması təkzib edildi

 15:06 23.09.2023     289

Baş nazirin aparat rəhbəri Arayik Arutyunyan Paşinyanın Kanada vətəndaşlığına malik olması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Redaktor.az “Sputik Armenia”ya istinadən xəbər verir ki, aparat rəhbəri sosial şəbəkədə yayılanları yalan adlandırıb.

“Paşinyan yalnız Ermənistan Respublikasının subyektidir”, - o deyib.

Qeyd edək ki, sosial mediada Ermənistan Nazirlər Kabineti rəhbərinin Kanada pasportu olması barədə məlumatlar yayılıb.