Ermənistanda 49 aksiya iştirakçısına cinayət işi açıldı, 5 nəfər həbs olundu

 16:35 23.09.2023     242

Ermənistanın paytaxtı İrəvanda davam edən etiraz aksiyalarının 49 iştirakçısı haqqında cinayət işi açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən bildirilib.

Qeyd olunub ki, əlavə 5 nəfər isə həbs olunub. Fəallar kütləvi iğtişaşlarda iştirak etməkdə, xuliqanlıqda, dövlət məmurlarına qarşı zorakılıq tətbiq etməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində və soyuq silah gəzdirməkdə ittiham olunurlar.

Hazırda Ermənistanda etiraz aksiyaları davam edir, iştirakçılarla polis arasında qarşıdurma yaşanır.

Aksiya iştirakçıları hökumətin istefasını tələb edir.