Paşinyan ABŞ dövlət katibi ilə danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
Redaktor.az xəbər verir ki, tərəflər Qarabağdakı humanitar vəziyyəti müzakirə ediblər.
Telefon danışığında Ermənistan-Azərbaycan sülh prosesinin perspektivləri və regional təhlükəsizlik məsələlərinə də toxunulub.