Əfsanəvi britaniyalı aktyor böyük kinonu tərk edir

 15:01 24.09.2023     230

Əfsanəvi britaniyalı aktyor Maykl Keyn böyük kinodan ayrılır.

Bu barədə Redaktor.az “Variety” nəşrinə istinadən xəbər verir.

“Artıq 90 yaşım var və artıq normal yeriyə bilmirəm. Buna görə də təqaüdə çıxıram”, - o bildirib.

Bu il Keynin baş rolda oynadığı “Böyük Qaçaq” komediyası ekranlara çıxacaq. Film qocalar evindən qaçan və yoldaşlarını yad etmək üçün Fransaya gedən İkinci Dünya müharibəsi veteranı haqqındadır (report).