Rusiyada avtobusla maşın toqquşdu, 22 nəfər xəsarət aldı

 21:07 24.09.2023     286

Rusiyanın Sverdlovsk vilayətində avtobusla minik avtomobili toqquşub.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Hadisə nəticəsində 22 nəfər xəsarət alıb, onlardan 15-i uşaqdır.

Qəzanın səbəbi polis orqanları tərəfindən aparılan araşdırmalara əsasən müəyyən ediləcək (apa).