Kubanın ABŞ-dəki səfirliyinə hücum olub

 09:08 25.09.2023     288

Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki “Molotov kokteyli” atıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla sosial şəbəkədə bildirib.

“Kubanın ABŞ-dəki səfirliyi iki “molotov kokteyl”i atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib. Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur", - nazir deyib.

Diplomat qeyd edib ki, bu, 2020-ci ildən bəri Kubanın ABŞ-dəki diplomatik missiyasına ikinci hücumdur.