İrəvanda saxlanılanların sayı AÇIQLANDI

 17:03 25.09.2023     482

Son günlər İrəvanda mitinq keçirən vətəndaşların həbsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Ermənistan Vəkillər Palatası onlara ilk hüquqi yardımı göstərmək üçün çevik reaksiya qrupu yaradıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.

"Əvvəlki bütün analoji işlərdə olduğu kimi, öz hüquq müdafiə fəaliyyətlərinə sadiq qalaraq, çevik reaksiya qrupuna daxil olan vəkillər 25.09.2023-cü il tarixində müxtəlif Polis Şöbələrində saxlanılan vətəndaşlara ilkin hüquqi yardım göstərmişlər. İndiyədək 450-yə yaxın vətəndaş saxlanılıb. Partnyorlarımız tərəfindən hüquqi yardım adətən azadlığa çıxana qədər göstərilir" - deyə Vəkillər Palatasından bildirilib.

Turan İSMAYIL