İrəvanın mərkəzində hökumətə qarşı kütləvi etiraz aksiyası başladı

 19:35 25.09.2023     280

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər İrəvanın mərkəzindəki Respublika meydanına toplaşıb.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

Hökumət binasının bilavasitə yaxınlığında yerləşdiyi meydana artıq 2 mindən çox insan toplaşıb. Ermənistan sakinləri ərazini doldurmaqda davam edir.

Toplananlar hökumət əleyhinə şüarlar səsləndirir, ölkə rəhbərliyini və şəxsən baş nazir Nikol Paşinyanı onların siyasətinin Qarabağda hazırkı vəziyyətə gətirib çıxarmaqda günahlandırırlar.

Hökumət binasının mərkəzi girişi ilə üzbəüz polislər bir neçə cərgəyə düzülüb. Mitinq iştirakçıları meydanın mərkəzi hissəsində, etiraz hərəkatı liderlərinin mitinq iştirakçıları ilə ünsiyyət qurduğu səhnənin yanında toplaşırlar.

Turan İSMAYIL