Qadın əməliyyat zamanı OYANDI

 20:25 25.09.2023     334

Böyük Britaniyalı qadın əməliyyat zamanı oyanıb və ağrıdan huşunu itirib. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə “Daily Post” məlumat yayıb.

33 yaşlı Natasha Japhet, xəstəxanada ümumi anesteziya altında öd kisəsini çıxarmaq üçün əməliyyat zamanı qəflətən ayılıb. Qadının dediyinə görə, o, boğulduğunu hiss edib. O, cərrahların danışdıqlarını eşidib, amma yerindən tərpənə bilməyib. İşarə verib və ayıldığını bildirib.

Japhet qeyd edib ki, üzərində əməliyyat aparıldığını hiss edib və şiddətli ağrılar keçirib, nəticədə huşunu itirib. Bir müddət sonra yenidən oyanıb və həkimlər bunu görüblər.

Yusif EYVAZLI