Polşanın baş naziri qeyri-qanuni immiqrantların qarşısını almaq üçün tapşırıq verdi
Slovakiya ilə sərhədə yaxın olan Polşa qeyri-qanuni miqrantların daşınması üçün istifadə oluna bilən yollarda avtomobillərə nəzarət edəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu respublikanın baş naziri Mateuş Moravetski deyib.
"Mən daxili işlər nazirinə qeyri-qanuni miqrantların daşınmasında şübhəli bilinən avtobusların, mikroavtobusların və minik avtomobillərinin yoxlanmasını tətbiq etməyi tapşırmışam", - o, brifinqdə deyib.
O vurğulayıb ki, Varşava bunu edir ki, heç kim onu sərhəd nəzarətinin zəifliyində ittiham etməsin.
Baş nazirin sözlərinə görə, indi qeyri-qanuni miqrasiyanın əsas axını Balkan marşrutu ilə Macarıstan və Slovakiya vasitəsilə Polşadan keçir.
Turan İSMAYIL