Bəşəriyyət yox olmaq təhlükəsi ilə üzləşə bilər - XƏBƏRDARLIQ
Həddindən artıq qlobal istiləşmə insanlar da daxil olmaqla, bütün məməlilərin nəslinin kəsilməsinə səbəb olacaq. Bəşəriyyət 250 milyon ildən sonra Yer üzündən yox ola bilər.
Redaktor.az "unian"a istinadla xəbər verir ki, alimlər tarixdə ilk dəfə iqlim modellərini sınaqdan keçiriblər. Proqnozlara görə, havanın temperaturu 70°C-ə qədər yüksələ və Yer kürəsinin su və qida olmayan “düşmən mühitə” çevrilməsinə səbəb ola bilər.
Alimlər planetin o dərəcədə qızacağını proqnozlaşdırırlar ki, bir çox məməlilər yaşaya bilməyəcək və Yer qitələri birləşərək yaşamaq mümkün olmayan super qitəni əmələ gətirəcək.
Yusif EYVAZLI