Məşhurların ən bahalı yaxtalarının qiyməti AÇIQLANDI

 22:03 25.09.2023     340

Ritzy Charters mütəxəssisləri araşdırma apararaq məşhurların ən bahalı yaxtalarının qiymətini açıqlayıblar. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, seçim Britaniyanın "The Sun" saytında dərc olunub.

Reytinqdə birinci yerdə amerikalı prodüser, kinostudiya rəhbəri və iş adamı Devid Qeffenə məxsus “The Rising Sun” yaxtası qərarlaşıb . 2010-cu ildə bu, ona 200 milyon dollara başa gəlibsə, indi onun dəyəri 590 milyon dollara yüksəlib.

Amerikalı iş adamı və Amazon-un qurucusu Ceff Bezos siyahıda ikinci ən bahalı yaxtaya sahibdir. Onun dəyəri təxminən 500 milyon dollardır. O, dünyanın ən böyük yelkənli yaxtası hesab olunur və xüsusi olaraq bir iş adamı üçün tikilib. 

Reytinqdə üçüncü yerdə fransalı modelyer Diane fon Furstenberg və onun əri, biznesmen Barri Dillerə məxsus Eos yaxtası qərarlaşıb. Cütlük onu 2009-cu ildə 200 milyon dollara alıb.

Yusif EYVAZLI