Çimərlikdə zenit raketinin bir hissəsi TAPILDI

 22:39 25.09.2023     304

Bolqarıstan Hərbi Dəniz Qüvvələri Sozopolda Qara dəniz sahillərində şübhəli obyekti zərərsizləşdirib. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Departamentdən bildirildiyinə görə, sentyabrın 25-də Hərbi Dəniz Qüvvələrinin xüsusi qrupuna minaya bənzər boz dairəvi obyekt barədə məlumat daxil olub. Hadisə yerinə gələn hərbi qulluqçular həmin obyektin zenit raketinin hava silindri olduğunu müəyyən ediblər. Saat 18:20-də silindr sudan çıxarılaraq saxlanmaq üçün Burqasdakı hərbi dəniz bazasına aparılıb.

Yusif EYVAZLI