İrəvan bu səhəri də etiraz aksiyası ilə açdı
Ermənistanın paytaxtı İrəvanda etirazçılar səhər saatlarından başlayaraq küçələri bağlayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, polis yolu açmağı rədd edən aksiya iştirakçılarını saxlamağa başlayıb.
Hazırda saxlanılanların sayı 10 nəfər təşkil edir.
Xatırladaq ki, sentyabrın 19-dan başlayaraq irəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Etirazçılar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.