Hosteldə çəngəllə yeniyetmələrə hücum edildi

 10:30 26.09.2023     201

Qırğızıstanda dəfələrlə məhkum olunmuş 44 yaşlı kişi 17 yaşlı fubolçulara hücum edib.

Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, həmin şəxs içkili vəziyyətdə yeniyetmə futbolçuların qaldığı hostelə gizlin girib.

Daha sonra əlindəki çəngəllə yeniyetmələri hədələməyə başlayıb. Xəsarət yetirmək istəsə də heç kim yaralanmayıb. O, hostel işçiləri tərəfindən saxlanılaraq, polislərə təhvil verib.

Humay İSGƏNDƏRLİ