ABŞ Polşa ordusunun modernizasiyası üçün 2 mlrd. dollar borc təklif edib
ABŞ Polşaya silahlı qüvvələrini modernizasiya etməsi 2 milyard dollar birbaşa borc təklif edib.
Redaktor.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.
“Polşa ABŞ-ın sadiq müttəfiqidir və Polşanın təhlükəsizliyi NATO-nun Şərq Cinahının kollektiv müdafiəsi üçün həyatidir”, - departamentin məlumatında bildirilib.
Qeyd edək ki, Varşava bu il müdafiə xərclərini ÜDM-nin 4%-dək artırmağı planlaşdırıb. Bu ötən illə müqayisədə 2 dəfə çoxdur.