Litva Latviyaya bir qrup sərhədçi göndərdi

 12:30 26.09.2023     235

Litva qeyri-qanuni miqrantlarla mübarizə aparmaq üçün Latviyaya bir qrup sərhədçi göndərib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidməti məlumat yayıb.

"Litva sərhədçilərindən ibarət bir qrup latviyalı həmkarları ilə birlikdə və onların koordinasiyası ilə Belarusla sərhəddə vəziyyətə nəzarət edəcək və miqrantların qeyri-qanuni keçməsinin qarşısını almaq üçün tədbirlər görəcək. Ən problemli ərazilərə xüsusi diqqət yetiriləcək" - məlumatda deyilir.

Bu, Litva sərhədçilərinin Latviyaya göndərilmiş ikinci komandasıdır. O, 20 nəfərdən, o cümlədən 6 it baxıcıdan ibarətdir.

Qeyd edək ki, Latviya ilə sərhəd yaxınlığında qeyri-qanuni miqrantların aktivliyi nəzərəçarpacaq dərəcədə artıb. Bazar ertəsinə olan məlumata görə, respublikaya qanunsuz daxil olmaq üçün 264 cəhd qeydə alınıb. Son üç gün ərzində Litvada analoji hadisə qeydə alınmayıb.

Turan İSMAYIL