Misir bir milyon ton rus buğdası alacaq
Misir hakimiyyəti və Rusiya hökumətlərarası saziş çərçivəsində 1 milyon ton rus buğdasının alınması ilə bağlı danışıqlar aparır.
Redaktor.az-ın məlumatına görə, bu barədə "Bloomberg" xəbər verir.
“Misir hökumətlərarası saziş çərçivəsində 1 milyon ton Rusiya buğdasının alınması ilə bağlı danışıqlar aparır”, - agentlik bildirir.
Bu mövsüm tədarüklə bağlı danışıqlar davam edir. Eyni zamanda, mənbələr dəqiqləşdirib ki, ölkələrin sazişlər bağlamağa yaxınlıq dərəcəsi aydın deyil.
T.İSMAYIL