Bayden niyə tennis ayaqqabıları geyinir?

 18:35 26.09.2023     332

"Axios" jurnalistləri ABŞ Prezidenti Co Baydenin tennis çəkmələrinə olan sevgisini izah ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə portalın saytında bildirilir.

Bildirilir ki, bu ilin iyununda ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının kursantlarının buraxılış mərasimi zamanı yıxıldıqdan sonra Bayden yeni insidentlərin qarşısını almaq üçün tez-tez adı çəkilən ayaqqabıları geyinməyə başlayıb.

Qeyd olunur ki, Amerika liderinin komandası onun yenidən büdrəməməsi və yıxılmaması üçün qarşıdan gələn prezident seçkiləri öncəsi əlavə tədbirlər görür. Onun administrasiyasının bəzi üzvləri etiraf edirlər ki, belə uğursuzluq ehtimalı onları xüsusilə dəhşətə gətirir.

Demokratlar həmçinin Baydenin 80 yaşından və prezidentin tez-tez çıxışlarından sonra hara gedəcəyini bilməyən kimi görünməsindən narahatdırlar. Digər məsələlərlə yanaşı, Amerika liderinin uçarkən müntəzəm olaraq qısaldılmış qatlanan nərdivandan istifadə etdiyi də aydınlaşdırılır.

Turan İSMAYIL