NATO-nun müdafiə nazirləri bir araya gələcək
Oktyabrın 11-12-də alyansın Brüsseldəki mənzil-qərargahında NATO müdafiə nazirlərinin planlaşdırılan görüşü keçiriləcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
"Müdafiə nazirlərinin görüşü oktyabrın 11-12-də NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək. İclasa NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək", - mətbuat xidmətinin Brüsseldə yaydığı bəyanatda deyilir. “Müdafiə nazirlərinin görüşünün təfərrüatlı proqramı daha sonra açıqlanacaq”, - qərargahdan bildirilib.
Qeyd edək ki, Alyans ildə üç dəfə müdafiə nazirlərinin planlaşdırılmış iclaslarını keçirir: fevral-mart, iyun-iyul və oktyabr-noyabr aylarında. Ukraynada münaqişə başlayandan bəri alyans bir neçə planlaşdırılmamış görüş keçirib, lakin NATO çərçivəsində nazirlərin müntəzəm görüşlərinin qrafiki dəyişməz qalıb.
Turan İSMAYIL