Dünyanın ən pis turistik yerləri AÇIQLANDI

 20:35 26.09.2023     429

Stasher şəbəkəsinin mütəxəssisləri bir sıra amilləri təhlil edərək dünyanın ən pis turistik yerlərin reytinqini tərtib ediblər. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, seçimi "Daily Mail" dərc edib.

Beləliklə, ekspertlərin fikrincə, ən pis reytinqə malik Hollivudda yerləşən Şöhrət Xiyabanıdır .

Reytinqdə 10 baldan 3,48 balla ikinci yerdə İstanbuldakı Qapalı Çarşı ( Türkiyə ) qərarlaşıb. Turistlər malların keyfiyyətsizliyini, zəif seçim və satıcıların müdaxiləsini qeyd ediblər.

Üçüncü yeri Hindistanın Aqra şəhərindəki Tac Mahal məqbərəsi tutub. Turistlər hər addımda izləyən tacirlərdən şikayətləniblər.

Səyahətçiləri məyus edən digər yerlər arasında Floridadakı Buş Bağçaları (ABŞ), Lotte World və Everland əyləncə parkları ( Cənubi Koreya ), Honq-Konqdakı Viktoriya Limanı və Okean Parkı, Yaponiyadakı Fuşimi İnari məbədi , Böyük Çin səddi yer alıb.

Yusif EYVAZLI