Nəhəng əlləri olan körpəyə "Mini Hulk" ləqəbi verildi

 22:16 26.09.2023     401

ABŞ-da nəhəng qolları və sinəsi olan, balaca bodibilder kimi görünən bir qız doğulub. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə "Daily Mirror" yazıb.

33 yaşlı amerikalı Çelsi Milbi hamiləliyinin 33-cü həftəsində xəstəlik səbəbindən təcili qeysəriyyə əməliyyatı keçirib. Milbinin Armani adlı yeni doğulmuş qızının çəkisi 5,5 kiloqram olub. Adətən bu mərhələdə doğulan körpələrin çəkisi 2,3 kiloqramdan çox olmur. Qıza anadangəlmə limfangioma diaqnozu qoyulub. Qeyri-adi nisbətlərinə görə anası ona "Mini Hulk" ləqəbini verib.

Qeyd edək ki, limfangioma, limfa düyünlərinin hissələrində böyük xoşxassəli şişlərin böyüməyə başladığı bir xəstəlikdir. Bu diaqnoz həm ana, həm də uşaq üçün son dərəcə təhlükəlidir. 

Yusif EYVAZLI