Narkotik alverinə görə ər və arvad həbs olundu

 10:03 27.09.2023     387

Türkiyənin Kütahya şəhərində narkotik ticarəti etdikləri iddiası ilə nəzarətə alınan ər-arvad həbs olunub. 

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, polis axtarış zamanı ər-arvadın maşınından külli miqdarda narkotik aşkar edib.

Belə ki, 2 ədəd vakuumda və preslənmiş şəkildə cəmi 1600 qram narkotik və 26 ədəd sintetik dərman həbləri ələ keçirilib.

Humay İSGƏNDƏRLİ