Gürcüstanda dövlət bayraqları endirildi

 10:12 27.09.2023     510

Gürcüstanın dövlət və hökumət qurumlarının inzibati binalarında Suxuminin işğalının 30-cu il dönümü və Abxaziya müharibəsində həlak olanların xatirəsinin yad edilməsi münasibətilə dövlət bayraqları endirilib.

Redaktor.az xəbər verir ki, il dönümü ilə əlaqədar Gürcüstan parlamentinin, nazirliklərin, hökumət administrasiyası və Prezident Administrasiyasının qarşısında dövlət bayrağı endirilib.

Gürcüstanın Baş naziri İrakli Qaribaaşvili il dönümü ilə əlaqədar bəyan edib ki, işğal altındakı regionların azad edilməsi və ölkənin birləşdirilməsi Gürcüstan dövlətinin və cəmiyyətinin qarşısında əsas problem olaraq qalır.

Hökumət başçısı qeyd edib ki, Gürcüstan münaqişənin sülh yolu ilə həllinə sadiqdir (apa).