İrəvanda separatçıların meyitləri üçün daha 125 qəbir QAZILDI

 11:18 27.09.2023     508

Bu gün, sentyabrın 27-də, yəni 44 günlük müharibənin başlanmasının 3-cü ildönümündə İrəvandakı Yerablur hərbi panteonunda yeni qəbirlər qazılıb.

Redaktor.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, həmin qəbirlər Qarabağdakı son antiterror tədbirləri zamanı məhv edilən qanunsuz silahlı birləşmələrin üzvləri üçün qazılıb.

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan deyib ki, Qarabağdan İrəvana 125 cəsəd gətirilib ki, bunlar da əsasən “separatçı ordu”nun döyüşçülərin meyitləridir.

Nazir deyib ki, meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi başlanıb.

“125 meyit Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə aparılıb, biz onlar haqqında məlumatları dəqiqləşdirmələrdən sonra dərc edəcəyik”, - Avanesyan bildirib.