Turist selfi çəkdirərkən 50 metrlik qayadan YIXILDI

 20:38 27.09.2023     369

Xarici turist dostlarının qarşısında selfi çəkdirərkən 50 metrlik uçurumun kənarından yıxılıb. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.

Hadisənin Avstraliyanın Fillip adasındakı Vulamai burnunda baş verdiyi bildirilir. Sosial şəbəkələr üçün şəkil çəkdirmək üçün uçuruma yaxınlaşan 22 yaşlı səyahətçi müqavimət saxlaya bilməyib və yıxılıb.

Onun dostları aşağı enərək zərərçəkmişlə təcili yardımın gəlməsini gözləyə biliblər. Qız çoxsaylı sınıqlarla xəstəxanaya aparılıb.

Yusif EYVAZLI